Azərbaycan futzal yığmasının heyətində dəyişiklik edilib
Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Niderlandın Qroningen şəhərindəki hazırlıq prosesi zamanı Maneka zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib.

Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. Ahmadi bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.

Xəbər 299 dəfə oxundu.