Yunanıstanın iki klubu “Neftçi”də çıxış edən futbolçu Mamadu Kane ilə maraqlanır
Yunanıstanın iki klubu “Neftçi”də çıxış edən futbolçu Mamadu Kane ilə maraqlanır.

Super Liqa təmsilçiləri 25 yaşlı yarımmüdafiəçini heyətlərinə qatmaq istəyirlər. Müqavilə ilə “Olimpiakos”a məxsus olan qvineyalı oyunçunun bu klublardan birinə icarəyə veriləcəyi gözlənilir.

Məşqçilər korpusu Kaneni yerli komandalara icarəyə verməklə onu yaxından izləməyi hədəfləyir.

Qeyd edək ki, Mamadu Kane hazırda Afrika Millətlər kuboku yarışında Qvineya yığmasının düşərgəsindədir. Yarımmüdafiəçi icarə əsasında “Neftçi”də çıxış edir.

Xəbər 290 dəfə oxundu.