Şahmatçımız Azər Mirzəyev Çexiyada beynəlxalq turnirdə uğurlu çıxışını davam etdirir
Çexiyanın Marianske-Lazne şəhərində “Marienbad Open 2022” şahmat festivalı davam edir.

Yarışda Azərbaycanı qrosmeyster Azər Mirzəyev təmsil edir. Şahmatçımız beşinci turda malayziyalı Ren Lim Zhuo ilə qarşılaşmanı qələbə ilə başa vurub. Aktivində 3 xal olan təmsilçimiz bu nəticə ilə ikinci pilləyə yüksəlib.

Doqquz turdan ibarət yarış yanvarın 22-dək davam edəcək.

Xəbər 293 dəfə oxundu.