“Everton” klubuna müvəqqəti baş məşqçi təyin olunub
İngiltərənin “Everton” futbol klubuna müvəqqəti baş məşqçi təyin olunub.

Rafael Benitesin istefaya göndərilməsindən sonra bu vəzifə Dankan Ferqyusona həvalə edilib.

Şotlandiyalı mütəxəssisə Con Ebbrel və Leyton Beyns kömək edəcəklər. Qapıçılar üzrə məşqçi isə Alan Kelli olacaq.

Ferqyuson ikinci dəfədir komandanın sükanı arxasına keçir. O, daha əvvəl 2019-cu ildə “Everton”a rəhbərlik edib və komandanı 3 oyunda meydana çıxarıb.

Xəbər 315 dəfə oxundu.