Futzal üzrə Azərbaycan millisi Niderlandda ilk məşqinə çıxıb
Yanvarın 19-da futzal üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda gələn Azərbaycan millisi qrup oyunlarını keçirəcəyi Qroningen şəhərində ilk məşqinə çıxıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, təxminən 1 saata yaxın davam edən hazırlıq prosesi daha çox bərpa xarakteri daşıyıb.

Məşqin sonuna yaxın futzalçımız Maneka taktiki çalışma zamanı zədələnib. Futzalçının çempionat oyunlarında komandaya kömək edib-etməyəcəyi sualına gün ərzində aydınlıq gətiriləcək.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 515 dəfə oxundu.