"Neftçi" və "Sumqayıt" Türkiyədə növbəti oyunlarına çıxacaq
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" və "Sumqayıt" komandaları bu gün ikinci yoxlama oyunlarını keçirəcəklər.

Son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gələcək.

"Gənclik şəhəri" təmsilçisi isə Almaniyanın "Berliner AK" klubu ilə görüşəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2. "Sumqayıt" isə Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.

Xəbər 279 dəfə oxundu.