Azərbaycan Gimnastika Federasiyasının 12-ci ümumi yığıncağı keçirilib
anvarın 18-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 12-ci ümumi yığıncağı keçirilib.

Hesabat xarakteri daşıyan tədbirdə federasiyanın İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.

İclasda federasiyanın baş katibinin 2021-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, gimnastlarımızın “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirakı, paytaxtımızda keçirilən beynəlxalq yarışlar və AGF-in beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabat məruzəsi dinlənilib.
Sonra AGF-in ötən il üzrə maliyyə hesabatı təqdim edilib.
Hesabatların təsdiqindən sonra federasiyanın fəaliyyəti ilə əlaqədar yığıncağın gündəliyində duran digər məsələlərə baxılıb.

Xəbər 289 dəfə oxundu.