“Qəbələ” klubu yoxlama oyununda Polşanın “Zaqlembe” komandasına məğlub olub
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” klubu ilk yoxlama oyununu keçirib.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Polşanın “Zaqlembe” komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” yanvarın 21-də “Borets” (Şimali Makedoniya), ayın 24-də “Bohemians” (Çexiya) ilə üz-üzə gələcək.

Xəbər 595 dəfə oxundu.