“Neftçi” – “Visla” oyununun başlanma saatı müəyyənləşib
Bakının “Neftçi” klubunun Antalya toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama matçının başlanma saatı açıqlanıb.

Polşanın “Visla” (Plotsk) klubu ilə yanvarın 19-da keçiriləcək yoxlama oyunu Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi” Türkiyədəki ilk görüşündə Macarıstanın “Kişvarda” klubu ilə 2:2 hesablı heç-heçə edib. Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib hələ müəyyənləşməyib.

Xəbər 278 dəfə oxundu.