«Mançester Yunayted» Nani ilə vidalaşmaq istəyir
«Mançester Yunayted» öz vingeri Nani ilə müqaviləsini uzatmaq planından daşınıb. İdman.com.az saytı xəbər verir ki, transfer pəncərəsinin bağlanmasınadək portuqaliyalı futbolçunun satışa çıxarılması planlaşdırılır. Nani hazırda klubunda həftəyə 90 min funt qazanır.

«Yunayted»lə yeni 4-illik müqavilə ilə bağlı danışıqlarda o, maaşının 130 minə qaldırılmasını istəyirdi. Lakin Naninin mövsümün sonunu necə keçirməsi və startda «Everton»a qarşı matç onun oyununda heç bir irəliləyişin olmadığını, bəlkə də geriləmənin müşahidə olunduğunu göstərdi. Bu səbəbdən də klub maaşın artırılması tələbinin əsassız olduğunu hesab edib.

25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2014-cü ilin yayında bitir. Onunla Sankt-Peterburq «Zenit»i maraqlanır. Lakin futbolçuya sahib olmaq üçün ruslar ən azı 25 milyon funt ödəməlidilər.

Xəbər 898 dəfə oxundu.