Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunları keçiriləcək
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunları keçiriləcək.

Üçüncü tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.

Hər 2 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.


Xəbər 306 dəfə oxundu.