Ronaldoya FIFA-nın xüsusi mükafatı təqdim olunub
Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo FIFA-nın xüsusi mükafatına sahib olub.

37 yaşlı hücumçu yığmada vurduğu qolların sayına görə bu mükafata layiq görülüb.

Təcrübəli forvard hazırda 111 qolla milli komandada ən çox fərqlənmiş futbolçudur.

Qeyd edək ki, FIFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

Xəbər 273 dəfə oxundu.