“Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda Yan Kşiştov Duda ilə qarşılaşacaq
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin dördüncü turunun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə baş vurub. Ş.Məmmədyarovun aktivində 1,5 xal var və bu nəticə ilə səkkizinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 2,5 xalla hindistanlı Santoş Vidit başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.

Xəbər 536 dəfə oxundu.