Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV tərəfindən növbəti təyinat alıb
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, E.Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının B qrupunda çıxış edən “Vakıfbank” (Türkiyə”) – “LP Salo” (Finlandiya) matçında ikinci hakim olaraq oyunu idarə edəcək. Görüşün baş hakimi rusiyalı Yevgeni Makşanov olacaq.

“Vakıfbank” – “LP Salo” oyunu yanvarın 20-də İstanbulda keçiriləcək.

Xəbər 271 dəfə oxundu.