“Sabah” klubu Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq | |
Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən Bakının “Sabah” klubunun toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqibi müəyyənləşib. Bakı təmsilçisi Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq. Görüş yanvarın 20-də “Titatik Deluxe Football Center”in stadionunda keçiriləcək. Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirib - 1:1. Hazırlıq prosesinə “Mladost”la (Luçani, Serbiya) yoxlama oyunu ilə yekun vurulacaq. Görüş yanvarın 25-də baş tutacaq |
|
Xəbər 280 dəfə oxundu. |
|
|