Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.

Yanvarın 18-də üçüncü tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.

Yanvarın 21-də isə birinci turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq.

Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Xəbər 634 dəfə oxundu.