“Pekin-2022” Qış Olimpiya Oyunlarına bilet satışı olmayacaq
“Pekin-2022” Qış Olimpiya Oyunlarına bilet satışı olmayacaq.

Bu barədə yarışın Təşkilat Komitəsi qərar qəbul edib.

Yarışın biletləri müəyyən qrup insanlar arasında bölüşdürüləcək. Koronavirus pandemiyası səbəbindən yalnız yerli azarkeşlərin izləyə biləcəyi yarışın biletlərinin sahiblərini təşkilatçılar müəyyənləşdirəcək.

Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiadası fevralın 4-dən 18-dək keçiriləcək.

Xəbər 294 dəfə oxundu.