“İnter” ilk qələbəsini qazandı
Bu gün Premyer Liqada IV turun daha bir oyunu keçirilib. İdman.com.az saytının məlumatına görə, yeganə qarşılaşma Tovuzda baş tutub.

Mövsümə qələbə ilə başlayıb, ardınca məğlubiyyətləri sıralayan “Turan”, çempionata uğursuz start verən “İnter”lə qarşılaşıb. İlk 3 turda qələbə qazana bilməyən bakılılar bu matçda da 2 dəfə hesabda geridə olublar. “Bankçılar”ı məğlubiyyətdən son dəqiqələrdə qurtulublar.

Premyer Liqa. IV tur
25 avqust

“Turan” – “İnter” - 2:3
Qol: Fərmayil Əliyev, 81; Azər Məmmədov, 83 - Georgi Adamiya, 52; Vladimir Levin 85; Slavço Georgiyevski, 90+1
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Elman Musayev, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu

Xəbər 1068 dəfə oxundu.