Kapoeyra komandamız Budapeştdə 14 medal qazanıb
Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yanvarın 14-16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə 16 idmançı ilə iştirak edib. Yığma komandamız medal sayına görə (14 medal) ümumi hesabda 2-ci olub.

Uşaq kateqoriyalarında Fəxri Məmmədəlizadə, Cavidan Pənahlı, Şəms Rəhimzadə birinci yeri tutublar. Qabil Vəliyev, Rəsul Muradlı, Maksim Okolokulak, Əli Məmmədli ikinci, Kənan Abdullayev, Cavadxan Məmmədzadə isə üçüncü olublar.

Böyüklər kateqoriyasında Fərid Allahverdiyev (82 kq) qalib gəlib. Oxçu Şahmuradovla (+82 kq) Xuraman Ramazanova (+60 kq) ikinci, Fərid Səlimovla (-70 kq) Elsevər Heydərov (82 kq) üçüncü yeri tutublar.

Yarışda Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov hakim olaraq ölkəmizi təmsil ediblər.

Xəbər 324 dəfə oxundu.