“Sabah” klubu Antalyada ilk yoxlama oyununu keçirib
Antalyada təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu ilk yoxlama oyununu keçirib.

Murad Musayevin baş məşqçi olduğu komanda Macarıstanın “Pakş” klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bakı təmsilçisinin heyətində Xulio Sezar Rodriges fərqlənib.

Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu yanvarın 24-də Serbiyanın “Mladost” (Luçani) klubuna qarşı keçirəcək.

Xəbər 283 dəfə oxundu.