İngiltərə Premyer Liqası: “Mançester Siti” öz meydanında “Çelsi”ni məğlub edib | |
Yanvarın 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi qarşılaşması keçirilib. Lider “Mançester Siti” öz meydanında “Çelsi” komandasını qəbul edib. Görüş Mançester təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 70-ci dəqiqədə Kevin de Brüyne olub. Bu qələbə sayəsində xal ehtiyatını 56-ya çatdıran “Mançester Siti” liderliyini davam etdirir. “Çelsi” 43 xalla ikinci yerdə qərarlaşıb. |
|
Xəbər 281 dəfə oxundu. |
|
|