FIFA “Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibini cəzalandırıb | |
FIFA Ağdamın “Qarabağ” komandasının UEFA Konfrans Liqasındakı rəqibi olan Fransanın “Marsel” klubunu cəzalandırıb. Klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək. Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. İyirmi üç yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərənin “Uotford” klubundan “Marsel”ə keçib. Qeyd edək ki, “Qarabağ” klubu “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. |
|
Xəbər 313 dəfə oxundu. |
|
|