Yeniyetmə şpaqaçılarımız Slovakiyada “Coupe du Danube 2022” turnirində qüvvələrini sınayıblar | |
Yeniyetmə şpaqaçılarımız Slovakiyanın paytaxtı Bratislavada keçirilən “Cadet Circuit” çərçivəsində “Coupe du Danube 2022” turnirində qüvvələrini sınayıblar. Yeniyetmə oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Orxan Həsənli pley-offda ukraynalı Nazar Yevtuşenkoya 10:15 hesabı ilə uduzub. Qrupu 2 qələbə ilə bitirən Raul Aruslanov pley-offda Rusiya təmsilçisi Yevgeni Ptaşkinə 3:15 hesabı ilə məğlub olub. Cəmil Hidayətov isə qrup mərhələsini qələbəsiz başa vurub. |
|
Xəbər 328 dəfə oxundu. |
|
|