Bu il keçirilməsi nəzərdə tutulan paraatletika üzrə dünya çempionatı ləğv edilib
Bu il Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan paraatletika üzrə dünya çempionatı ləğv edilib.

Bu barədə Beynəlxalq Paralimpiya Komitəsi (IPC) məlumat yayıb.

Dünya çempionatının Təşkilat Komitəsi və IPC mundialın 2024-cü ildə təşkilini nəzərdən keçirir.

Qeyd edək ki, dünya çempionatının bu il avqustun 26-dan sentyabrın 4–dək keçirilməsi nəzərdə tutulmuşdu.

Xəbər 424 dəfə oxundu.