"Qarabağ" klubu Antalyada ilk yoxlama oyununu keçirib
Antalyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" komandası ilk yoxlama oyununu keçirib.

UEFA Konfrans Liqasındakı təmsilçimiz Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşıb.

Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” yanvarın 21-də “Baçka Topola” (Serbiya), “Şlensk” (Polşa), ayın 25-də isə “Tatran” (Slovakiya) və “Visla” (Krakov, Polşa) ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi yanvarın 26-da Vətənə qayıdacaq.

Xəbər 409 dəfə oxundu.