“Praqa Open-2022” turnirində şahmatçımız Azər Mirzəyev bu gün sonuncu turda mübarizə aparacaq
Çexiyada şahmat üzrə “Praqa Open-2022” turnirində Azərbaycan təmsilçisi Azər Mirzəyev çıxışını davam etdirir.

Turnirin başa çatmasına 1 tur qalmış – 8-ci turda təmsilçimiz norveçli Olav Olsen Urkedal Frodeyə uduzub. Şahmatçımız 6,5 xalla polşalı Antonio Kozakdan (7 xal) geri qalaraq ikinci pillədə qərarlaşıb. Təmsilçimiz son turda slovakiyalı Marian Jurciklə mübarizə aparacaq.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edir.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

Xəbər 293 dəfə oxundu.