Dünyanın ən yaxşı qadın futbol klubları və liqaları açıqlanıb
Dünyanın ən yaxşı qadın futbol klubları və liqaları açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəllərində 10 klub və 8 liqa yer alıb.

Cədvəlin birinci pilləsində 225 xalla “Barselona” klubu qərarlaşıb. İngiltərə təmsilçisi “Çelsi” 40 xalla ikincidir. İlk üçlüyü Braziliyanın “Korintians” komandası 30 xalla qapayır.

Liqalar arasında ən yaxşısı 85 xalla Fransa Divizion 1-dir. İngiltərə Super Liqası 70 xalla ikinci, İspaniya Primerası isə 50 xalla üçüncüdür.

Xəbər 1179 dəfə oxundu.