“Qarabağ”ın kabo-verdili futbolçusu Burkina-Faso ilə matçda start heyətdə meydana çıxıb
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Patrik Andradenin çıxış etdiyi Kabo-Verde yığması Afrika Millətlər kuboku yarışlarının qrup mərhələsinin ikinci turunda Burkina-Fasoya 0:1 hesabı ilə məğlub olub.

Futbolçu oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Kabo-Verde millisi qrup mərhələsinin sonuncu matçında Kamerunla qarşılaşacaq. Oyun yanvarın 17-də baş tutacaq.

Xəbər 287 dəfə oxundu.