“Qarabağ” klubunun ilk yoxlama oyununun başlama saatı müəyyənləşib
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubunun ilk yoxlama oyununun başlama saatı müəyyənləşib.

Yanvarın 14-də Rumıniyanın “Qaz Metan” klubu ilə keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 21-də “Şlyonsk Vroçlav” (Polşa), dörd gün sonra isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq. Yanvarın 21-də və 25-də daha iki oyunun keçirilməsi nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək.

Xəbər 315 dəfə oxundu.