Adriano doğma klubunda
Milan «İnter»inin və Braziliya yığmasının keçmiş oyunçusu Adriano ziddiyətli futbolçu karyerasını başa vurmaq fikrindən daşınıb. Bunun əvəzinə o, artıq ikinci dəfə doğma komandası «Flamenqo»ya qayıdıb. İdman.com.az saytı xəbər verir ki, hücumçu komanda ilə bu ilin sonunadək müqavilə imzalayıb. Adriano 2000-2001 və 2009-2010-cu illər mövsümlərində bu komandada 46 qol vurub.

Braziliyalı futbolçu bütün dünyaya tək «İnter» formasında oyunu ilə deyil, həm də nizam-intizam problemləri və rejimi pozması halları ilə tanınır. 3 il öncə Milanda ikən atasının ölümündən sonra uzun müddət içkiyə qurşandı ki, bu da ona komandada yeri bahasına başa gəlib. Sonuncu klubu «Korintians»ı Adriano tək içki deyil, eyni zamanda kökəlməsi səbəbilə tərk etmişdi. Bu ilin yazında futbolçu vətənində ayağından cərrahiyə olunub.

Xəbər 1040 dəfə oxundu.