Bakıda yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
Yanvarın 14-də Bakıda yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparacaq.
ACF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək ölkə birinciliyi üç gün davam edəcək.

Qeyd edək ki, yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın bu növünün təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya cəlb etməkdir.

Xəbər 305 dəfə oxundu.