Yeniyetmə qılıncoynadanlarımız Ankarada təlim-məşq toplanışında iştirak edirlər
Yeniyetmə sablyaçılarımız Ankarada Türkiyə Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışında iştirak edirlər.

Azsport.az Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, hazırlıq prosesi məşqçilər Elxan Əhmədov və Azər Tağıyevin rəhbərliyi altında keçirilir.

Gün ərzində 2 dəfə məşq keçən sablyaçılarımız Ədirnədə təşkil olunacaq beynəlxalq turnirə hazırlaşırlar.

Xəbər 325 dəfə oxundu.