“Qarabağ” klubu Leandro Andrade ilə müqavilə imzalayıb | |
Ağdamın “Qarabağ” futbol klubu Leandro Andrade ilə müqavilə imzalayıb. Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. İyirmi iki yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Andrade Ağdam təmsilçisində 15 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, “Qarabağ” daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb. |
|
Xəbər 304 dəfə oxundu. |
|
|