Azərbaycanda ilk dəfə parapauerliftinq üzrə dünya çempionatı keçiriləcək | |
Oktyabrın 1-10-da Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakıda görmə məhdudiyyətli şəxslər arasında parapauerliftinq üzrə dünya çempionatı keçiriləcək. Dünya çempionatında 25-dən çox ölkənin iştirakı gözlənilir. Yarış öncəsi beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifatın və eyni zamanda, hakimlər üçün seminarların da keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə görmə məhdudiyyətli idmançıların iştirakı ilə 2 beynəlxalq yarış keçiriləcək. Noyabrın 7-9-da isə Bakıda paracüdo üzrə dünya çempionatı təşkil olunacaq. |
|
Xəbər 424 dəfə oxundu. |
|
|