“Qarabağ”ın rəqibi heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Fransanın “Marsel” klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Fransa təmsilçisi son klubu Çinin “Beytsin Qoan” komandası olan Sedrik Bakambu ilə razılaşıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Otuz yaşlı hücumçu yaxın zamanda Marsel klubu ilə rəsmi müqavilə imzalayacaq.

Bakambu “Beytsin Qoan”dan əvvəl İspaniyada “Vilyarreal”, Türkiyədə “Bursaspor” və Fransada “Soşo” klublarında çıxış edib.

Xəbər 278 dəfə oxundu.