Futzal üzrə Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb
Futzal üzrə Avropa çempionatının final mərhələsində millimizlə eyni qrupda yer alan Gürcüstan yığmasının heyəti açıqlanıb.

Heyətdə qapıçılar - Zviad Kupatadze (“Qazprom Yuqra”, Rusiya), Aleksandr Jamburia (“Telasi”), Tornike Bukia (“Kemi”, Finlandiya), oyunçular - Çaquinha (“Palma”, İspaniya), Elisandro (“Braqa”, Portuqaliya), Bruno Petri Branko (“Jaen”, İspaniya), Thales Feito (“Kandoso”, Portuqaliya), Roninio (“Halle-Qooik”, Belçika), Villiam (“Qazprom Yuqra”, Rusiya ), İrakli Todua (“Telasi”), Şota Topuriya (“Telasi”), Arçil Sebiskveradze (“Qomeli”, Belarus), Nikoloz Kurtanidze (PSP), Giorgi Qavtadze (“Sibir”, Rusiya), Vaxtanq Jvaraşvili (“Telasi”), Nukri Çumburidze (“Telasi”) və Vaxtanq Kekeliya (“Sipari”, Tacikistan) yer alıblar.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 283 dəfə oxundu.