“Bavariya”nın rəhbərliyi aparıcı futbolçuları ilə yeni müqavilə imzalamaq niyyətindədir
Almaniyanın “Bavariya” klubunun rəhbərliyi aparıcı futbolçuları ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Cari ilin sonunda Münxen təmsilçisi Manuel Noyer, Tomas Müller və Robert Levandovski ilə müqaviləni yeniləməyi planlaşdırır. Almaniya çempionatında 30 yaşdan yuxarı futbolçulara adətən birillik müqavilə təklif olunur. Lakin “Bavariya” hər üçün futbolçuya üçillik yeni sövdələşmə irəli sürüb.

M.Noyer və T.Müller yeni müqavilənin şərtlərinə razılıq verib. R.Levandovski məvacibinin saxlanılması şərti ilə uzunmüddətli müqavilə istəyir. Münxen klubu polşalı futbolçunun istəyini təmin edə biləcəyinə əmin deyil.

Hər üç futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Xəbər 272 dəfə oxundu.