“Şuşa” və “Zəngilan” futzal klubları “Badamlı Azərbaycan” kuboku uğrunda yarışda mübarizə aparacaqlar
Futzal üzrə “Badamlı Azərbaycan” kuboku uğrunda yarışın ilkin mərhələsinin təqvimi açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, oyunlar yanvarın 21-23-də “Olimpik Star”da keçiriləcək.

Yanvarın 21-də “Ulduz” – “Advokat”, “Yasamal” – “Rəvan”, “Standard” – “Timsport”, “Zəngilan” – “Dalğa”, ertəsi gün “Baku Fire-2” – “Baku Fire-3”, “Dəstə Ordubad” – “Atletiko Baku”, “Şuşa” – ISMA, “Metropoliten” – “Borçalı”, ayın 23-də PASO – “Bibi Heybət”, “Alyans Qrup” – “Zülfüqar”, “Qarabağ Füzuli” – “Baker Tilly”, “Forza Neftçi” – “Xan Lənkaran”, “Star Karqo” – “Hövsan” və ADBTİA – “Star Karqo-2” görüşləri keçiriləcək.

Qeyd edək ki, reqlamentə əsasən, “Forza Neftçi” – “Xan Lənkəran” və “Ulduz” – “Advokat” cütlərinin qalibi birbaşa səkkizdəbir final mərhələsinə yüksələcəklər.

Xəbər 281 dəfə oxundu.