Türkiyəli pilot Formula 2 komandası ilə müqavilə imzalayıb
Formula 2 üzrə dünya çempiontında ilk dəfə türkiyəli pilot mübarizə aparacaq.

Cem Bölükbaşı 2022-ci il mövsümündə “Charouz Racing” komandasında çıxış edəcək.

İyirmi üç yaşlı pilot ötən mövsüm “Asian Formula 3”ün qış seriyasında və “Euroformula Open” yarışında mübarizə aparıb.

Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq. Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümü rekord sayda - 14 mərhələdən ibarət olacaq.

Xəbər 317 dəfə oxundu.