Bakının “Neftçi” klubu Braziliya komandasının futbolçusunu transfer edib
Bakının “Neftçi” klubu daha bir futbolçunu transfer edib.

Bu komandanın hücumçusu Gilyerme Pato karyerasını Bakı təmsilçisində davam etdirəcək.

“İnternasional” 22 yaşlı oyunçu ilə cari ilin sonunadək olan müqaviləsinə xitam verilməsinə və onun Azərbaycan çempionuna keçidinə razılıq verib. Ancaq forvardın transfer hüququnun müəyyən faizi “İnternasional”a məxsus olacaq. Yəni onun növbəti satışından Porto Aleqre təmsilçisi də gəlir əldə edəcək.

Qeyd edək ki, Gilyerme Pato 2021-ci ili icarə əsasında Braziliyanın digər klubu “Kuyaba”da keçirib.

Xəbər 282 dəfə oxundu.