“Sumqayıt” əsas qolkiperini paytaxta yollayacaq
“Sumqayıt” futbol klubunun qolkiperinin “Neftçi” klubunun heyətinə qatılması üçün danışıqlar aparılır. Aqil Məmmədovun əməliyyat olunmasından sonra Kamran İbrahimovun ümidinə qalan Bakı təmsilçisi qapıçı axtarışındadır.

Hazırda “Sumqayıt”ın qapıçısı Aydın Bayramovu heyətə qatmaq istəyən “Neftçi” qarşı tərəfdən razılıq gözləyir. Tərəflər hazırda maliyyə şərtlərini müzakirə edirlər. “Neftçi” sərfəli təklif göndərsə, “Sumqayıt” əsas qapıçısını paytaxta yollayacaq.

Xəbər 288 dəfə oxundu.