Derbidə «Qalatasaray» azarkeşləri olmayacaq
Türkiyə Superliqasında bazar günü oynanacaq «Beşikdaş» - «Qalatasaray» derbisinə «Cim Bom»un azarkeşlərinin buraxılmamasına qərar verilib. İdman.com.az-ın xəbər verir ki, İstanbul Təhlükəsizlik qurumunun toplantısında keçən mövsüm olduğu kimi, bu dəfə də qonaq komanda fanatlarının stadiona keçməyə icazə verilməməsi ilə bağlı razılığa gəlinib.

Yığıncağa qatılan «Beşikdaş»ın idarə heyətinin üzvü Seyid Atəş keçən mövsümkü addımın təkrarlanacağını deyərək, üç İstanbul nəhənginin bir-biriləriylə matçlarına qonaq komandanın azarkeş aparmayacağını bildirib. O, üç klubun bu mövzuda razılığa gəldiyini və bu qadağanın da ilk tətbiqinin «İnönü» stadionundakı «Beşikdaş» - «Qalatasaray» matçında olacağını söyləyib.

Xəbər 1128 dəfə oxundu.