Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı start götürüb
Yanvarın 11-də böyüklər arasında boks üzrə Azərbaycan çempionatı start götürüb.

Boks Mərkəzində təşkil olunan yarışda idmançılar 13 çəki dərəcəsi üzrə mübarizə aparırlar.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarından 29 komandanın heyətində 100 kişi boksçusu qatılıb. Qaliblərin adına yanvarın 15-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Emil Qurbanəliyevdir.

Xəbər 317 dəfə oxundu.