“Keşlə” klubu argentinalı futbolçu ilə müqavilə imzalayacaq
Bakının “Keşlə” klubu qış fasiləsində ikinci transferini rəsmiləşdirməyə hazırlaşır.

Paytaxt klubu müdafiəçi Franko Floresi yenidən heyətinə cəlb edib.

İyirmi doqquz yaşlı argentinalı bu gün Bakıya gələrək, mövsümün sonunadək sözləşmə imzalayacaq. Bununla mərkəz müdafiəçisi 2020-ci ilin sonlarında ayrıldığı “Keşlə”nin təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, dövrələrarası fasilədə Azər Salahlı, Anatole Abanq, Con Kamara, Omar Qudiabi və Nicat Qurbanovla yollarını ayıran “Keşlə” hələlik Fəhmin Muradbəylini “Neftçi”dən icarəyə götürüb.

Xəbər 257 dəfə oxundu.