Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb
AFFA-nın Futbol Akademiyasında UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, yanvarın 13-dək davam edəcək məşğələlər təlimatçılar İlham Əzizzadə, Vüqar Əsgərli və Zamir Həsənovun iştirakı ilə keçirilir.

Kursun ikinci mərhələsi yanvarın 24-27-də, üçüncü mərhələsi fevralın 7-10-da, dördüncü mərhələsi isə fevralın 21-25-də keçiriləcək.

Qeyd edək ki, UEFA-nın C kursu ilk dəfədir ölkəmizdə təşkil olunur.

Xəbər 277 dəfə oxundu.