2021-ci ilin Avropa zonası üzrə 20 yaşadək futbolçulardan ibarət rəmzi komandası açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin Avropa zonası üzrə 20 yaşadək futbolçulardan ibarət rəmzi komandasını açıqlayıb.

Heyət 3-4-3 taktiki sxeminə əsasən hazırlanıb.

Heyətdə qapıçı - Anatoli Trubin ("Şaxtyor", Donetsk Ukrayna), müdafiəçilər - Benua Badyaşil ("Monako"), Erik Qarsiya ("Barselona", İspaniya), Nunu Mendeş (PSJ, Fransa), yarımmüdafiəçilər - Cud Bellingem ("Borussiya" Dortmund, Almaniya), Pedri ("Barselona", İspaniya), Eduardu Kamavinqa ("Real Madrid, İspaniya), Bukayo Saka ("Arsenal", İngiltərə), hücumçular - Kərim Adeyemi ("Zaltsburq" (Avstriya), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə) və Camal Musiala ("Bavariya", Almaniya) yer alıblar.

Xəbər 282 dəfə oxundu.