Cüdoçularımız Antalyada təlim-məşq toplanışında iştirak edirlər | |
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Antalyada təlim-məşq toplanışı start götürüb. Hazırlıq prosesində Azərbaycan komandası 36 nəfərlik heyətlə (24 kişi, 12 qadın) iştirak edir. Təlim-məşq toplanışında Azərbaycan ilə yanaşı, Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələrin yığmaları da iştirak edirlər. Antalyada cüdoçuların hazırlıq prosesi yanvarın 14-də başa çatacaq. Qeyd edək ki, millimiz yanvarın 28-30-da Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Qran-Pri turnirində, fevralın 5-6-da isə Parisdə təşkil ediləcək “Böyük dəbilqə” yarışında iştirak edəcək. |
|
Xəbər 274 dəfə oxundu. |
|
|