Azərbaycan şahmatçısı Azər Mirzəyev “Praqa Open-2022”də liderlər qrupunda mübarizəni davam etdirir
Çexiyada şahmat üzrə “Praqa Open-2022” turnirində Azərbaycan təmsilçisi Azər Mirzəyev liderlər qrupunda mübarizəni davam etdirir.

Təmsilçimiz növbəti – 4-cü turun oyununu da qələbə ilə başa vurub. Hazırda şahmatçımız maksimum - 4 xalla irəliləyir.

Turnirdə 5-i qrossmeyster olmaqla, 185 şahmatçı iştirak edir.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

Xəbər 276 dəfə oxundu.