“Qəbələ” futbol klubu ciddi itki ilə üzləşib
“Qəbələ” futbol klubu ciddi itki ilə üzləşib.

Komandanın aparıcı müdafiəçisi Ürfan Abbasov məşqdə ağır zədə alıb. Heyətlə bağlı problem yaşayan əyalət klubu liderlərdən birini itirməklə vəziyyətini pisləşdirib. Həkimlərin ilkin rəyinə görə, futbolçu üçün mövsüm bitib. Bu xəbəri alan məşqçilər heyəti onun yerinə təcili olaraq futbolçu axtarışına start verib. Hazırda turnir cədvəlinin ikinci pilləsində olan bölgə təmsilçisi mövqeyini qorumaq üçün heyəti gücləndirməyə məcburdur.

Ü.Abbasov “Qəbələ”də mövsümü erkən başa vuran üçüncü futbolçudur. Daha əvvəl Rüfət Əhmədov və Yaovi Akakpo da uzunmüddətli zədə almışdı.

Xəbər 253 dəfə oxundu.