Millimizin sabiq futbolçusu Ruslan Qurbanov karyerasını Belarusda davam etdirəcək
Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Qurbanov karyerasını Belarusda davam etdirəcək.

Hazırda “Slaviya Mozır”da çıxış edən forvard bu klubda da qalacaq. Belə ki, Mozır təmsilçisi ona yeni müqavilə təklif edib. Rusiya 1-ci liqasından da təklifi olan forvard “Slaviya”da qalmağa üstünlük verib. O, bu klubla birillik müqavilə imzalayacaq.

Xəbər 588 dəfə oxundu.